NATO-nu ayağa qaldıran S-400 zenit raket kompleksi Türkiyədə
Bizi izləyin

Region

NATO-nu ayağa qaldıran S-400 zenit raket kompleksi Türkiyədə

Rusiyanın ən böyük silah istehsalçılarından olan “Almaz-Antey” Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2019 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq.

Publika.az xəbər verir ki, sərgi 30 aprel-3 may tarixləri arasında baş tutacaq.

“Almaz-Antey”in stendində modellər, video və çap variantında “S-400 Triumf”, “Buk-M2E”, “Viking”, “Tor-M2E2, “Tor-M2K” və “Tor-M2KM” havadan müdafiə sistemləri, həmçinin, “Tunguska-M1” havadan müdafiə top və raket sistemi yer alacaq.

Rusiya müdafiə sənayesinin ən böyük şirkətlərindən biri olan “Almaz-Antey”in 130 minə yaxın əməkdaşı var. Şirkət 2017-ci il istehsal fəaliyyəti nəticələrinə görə dünyanın ən böyük 10 silah istehsalçısından biridir. "Boeing”, “Lockheed Martin”, “Raytheon”, “General Dynamics”, “Northrop Grumman”, “BAE Systems”, “Thales”, EADS, IAI kimi nəhənglərin yer aldığı “Defense News”un ən böyük 100 müdafiə sənayesi şirkəti siyahısında 8-cı sırada qərarlaşıb. Bu şirkətin məhsullarından 50 ölkə istifadə edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm