Türkiyədən KRİTİK AÇIQLAMALAR: S-400-lər gəlir, TSQ Suriyada hərəkətə keçir və "Patriot"...
Bizi izləyin

Region

Türkiyədən KRİTİK AÇIQLAMALAR: S-400-lər gəlir, TSQ Suriyada hərəkətə keçir və "Patriot"...

Türkiyə Milli Müdafiə Nazirliyi son günlər ölkə gündəmini zəbt edən məsələlərlə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, açıqlamada Rusiyadan alınan S-400 zenit raket kompleksi, F-35 qırıcılarının tədarükü və Milli Ordunun Yaxın Şərqlə bağlı planlarına aydınlıq gətirilib.

S-400 kompleksi

Milli Müdafiə Nazirliyinin səlahiyyətli şəxslərinin verdiyi məlumata görə, S-400-lərin Türkiyəyə tədarükü iyun və iyul aylarında həyata keçiriləcək. F-35 qırıcıları isə noyabr ayında ABŞ-dan Türkiyəyə gətiriləcək və Malatyada yerləşdiriləcək.

F-35 problemi

Bildirilib ki, qırıcıların noyabrda Türkiyəyə gəlməsi planlaşdırılır. Əksiklik olsa da, görüşlər davam edir.

ABŞ-ın “Patriot” təklifi

Təklifin Müdafiə Sənayesi Nazirliyində dəyərləndirilməsi aparılır.

Türkiyə Silahlı Qüvvələrindən xaric edilənlər

FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində 15 iyul 2016-cı ildən bu yana TSQ-dan 16 min 540 şəxs xaric edilib, 6 min 154 şəxs haqqında istintaq prosesi davam edir. Fövqəladə vəziyyətin ləğvindən etibarən 150 təqaüddə olan şəxsin rütbələri geri alınıb.

Fəratın şərqində əməliyyat

Nazirlik Suriyada Fərat çayının şərqində yerləşən terror qruplaşmalarına qarşı mübarizə çərçivəsində keçiriləcək hərəkatın planlaşdırma və hazırlıq mərhələsinin tamamlandığını açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm