Ərdoğan ABŞ-a MEYDAN OXUDU: "Çökməyə məhkumdur"
Bizi izləyin

Region

Ərdoğan ABŞ-a MEYDAN OXUDU: "Çökməyə məhkumdur"

“Türkiyənin uzaqlaşdırıldığı bir F-35 layihəsi tamamilə çökməyə məhkumdur”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

ABŞ-türkiyə arasında yaşanan diplomatik gərginlik haqqında danışan Ərdoğan bildirib ki, Türkiyə siyasi, diplomatik və iqtisadi zəmində olduğu kimi, müdafiə sahəsində də heç bir təzyiqə boyun əyməyəcək.

“Biz tarix boyunca içində olduğumuz bütün ittifaqların hüquqlarına sadiq qalmışıq. Məsələn, sərhədlərimizdə yaşadığımız təcavüzlər səbəbilə havadan müdafiə sistemlərinə ehtiyac duyanda üz tutduğumuz ilk yer müttəfiqlərimiz olub. Lakin bu tələblərimiz cavabsız qalıb və əksinə, qarşımıza qoyulan tələblər işimizi çətinləşdirib. Rusiya ilə əldə etdiyimiz S-400 razılaşması belə prosesdən keçdi. F-35 qırıcıları ilə bağlı da eyni təzyiqə məruz qalırıq. Türkiyənin xaric edildiyi bir layihə tamamilə çökməyə məhkumdur” – Ərdoğan qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm