• USD 1,7000 0,00% EUR 1,8924 0,00%
    • GBP 2,2219 0,00% RUB 0,0276 0,00%

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi, Moskva...

  • Region
  • 30 Aprel 2019 22:55
  • 1 083 Baxış
Ərdoğan ABŞ-a xəbərdarlıq etdi, Moskva...

Venesuelaya postmodern müstəmləkə qubernatoru təyin etmək istəyənlər (ABŞ nəzərdə tutulur) bilməlidir ki, bu ölkənin idarəetməsi yalnız demokratik seçkilərlə müəyyən edilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində yazıb.

“Venesueladakı çevriliş cəhdini qınayırıq. Bütün dünya Venesuelada xalqın demokratik seçiminə hörmət etməlidir”, - deyə Ərdoğan qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi isə Venesueladakı son proseslərlə bağlı bəyanatında tərəfləri zorakılıqdan imtina etməyə çağırıb.

"Qan tökülməsini dayandırmaq və sabitliyi bərpa etmək önəmlidir. İstənilən siyasi proses yalnız konstitusiyaya uyğun olaraq, xarici müdaxilə olmadan qanuni əsaslarla həyata keçirilməlidir”, - deyə XİN-nin bəyanatında deyilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR