
“ABŞ prezidenti Donald Trampın Türkiyəyə səfər tarixi bəlli deyil”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu bu barədə paraqvaylı həmkarı Luiz Alberto Kastiqlioni ilə ikili və heyətlərarası görüşlərdən sonra təşkil edilən mətbuat konfransında danışıb.
Nazir həmçinin bildirib ki, ABŞ-ın Suriya məsələləri üzrə xüsusi təmsilçisi Ceyms Ceffrinin Türkiyəyə səfəri ilə aparılan müzakirələrdə irəliləyiş əldə olunmayıb. Danışıqlar mərhələsi irəliləyir.
Zümrüd