Dünyanın gözü Finlandiyada olacaq - ABŞ və Rusiya...
Bizi izləyin

Region

Dünyanın gözü Finlandiyada olacaq - ABŞ və Rusiya...

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə gələn həftə görüşəcək.

Publika.az xəbər verir ki, görüş 6-7 may tarixlərində Finlandiyada baş tutacaq.

Xəbəri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə açıqlamasında təsdiq edib. Müavin bildirib ki, iki ölkənin xarici siyasətlə bağlı səlahiyyətli şəxsləri Arktika Şurasının Nazirlər Sessiyası çərçivəsində bir araya gələcək.

Görüşün müzakirə predmeti Venesueladakı mövcud proseslər olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm