İranda minlərlə insan küçələrə axışdı - 40 şəhərdə ETİRAZ AKSİYASI - - VİDEO
Bizi izləyin

Region

İranda minlərlə insan küçələrə axışdı - 40 şəhərdə ETİRAZ AKSİYASI - - VİDEO

İranın 40-a yaxın şəhərində müəllimlərin kütləvi dinc etiraz aksiyası keçirilib.

Publika.az xəbər verir ki, 2 may “Müəllim Günü” münasibətilə keçirilən aksiyalara Tehran, Yəzd, Həmədan, Mazandaran, Rəzəvi Xorasan, Cənubi Xorasan, Kirmanşah, İsfahan, Kürdüstan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Əlbürz, Gilan və digər əyalətlərindən minlərlə müəllim qatılıb.

Dinc etirazlarda müəllimlər yazılı plakatlar qaldırıb şüarlar səsləndirərək, maaşlarının artırılmasını, bir neçə aydır gecikdirilmiş maaşlarının ödənilməsini, təhsildə ayrı-seçkiliyə son qoyulmasını, təhsilin ana dilində tədris olunmasını, müəllimlərin peşə sığortası ilə bağlı problemlərin aradan qaldırılmasını, həbs edilən həmkarlarının azadlığa buraxılmasını tələb ediblər.

“Günaz”ın məlumatına görə, Tehranda isə İranın mülki geyimli təhlükəsizlik qüvvələri müəllimlərin dinc aksiyasına hücum edərək, bir neçə etirazçını tutub naməlum istiqamətə aparıblar. Həbs edilənlər arasında tanınmış müəllimlər də var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm