Türkiyədən Rusiyaya qınaq: Sözünü tutmadı
Bizi izləyin

Region

Türkiyədən Rusiyaya qınaq: Sözünü tutmadı

Rusiya Türkiyəyə verdiyi sözü tutmadı.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ankara və Moskva razılıq əldə etmişdi ki, Rusiyanın vasitəçiliyi ilə YPG silahlıları Suriyanın Tel-Rifat rayonunu tərk edəcək:

“Təəssüf ki, YPG silahlıları rayonda qalmaqdadır və müntəzəm olaraq Türkiyə ordusunun azad etdiyi əraziləri atəşə tutur”.

Nazir qeyd edib ki, ümumilikdə Türkiyə və Rusiyanın Suriyada birgə fəaliyyəti regionda sülh və sabitliyin təminatına yönəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm