İstanbulda ŞOK: FETÖ seçkilərdə... - AKP-dən ilk AÇIQLAMA GƏLDİ
Bizi izləyin

Region

İstanbulda ŞOK: FETÖ seçkilərdə... - AKP-dən ilk AÇIQLAMA GƏLDİ

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində baş vermiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, şübhəlilərin ikisinin təşkilatın “ByLock” sosial şəbəkə istifadəçisi olduğu aşkar edilib.

Şübhəlilərdən 41-nin FETÖ lideri Fəthullah Gülənin təlimatıyla "Bank Asiya"dakı hesabına pul yatırdığı bildirilir.

Araşdırma davam edir.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin köməkçisi Əli İhsan Yavuz FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılmasını şərh edib.

"İstanbuldakı seçkilərlə bağlı lap əvvəldən söylədiklərimizin arxasındayıq, çünki bütün iddialarımız konkretdir, açıqdır2, - o deyib.

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərində qanunsuzluqların araşdırılması məqsədilə ölkənin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən Ali Seçki Komissiyasına etiraz məktubu imzalanıb. AKP seçkilərdə kütləvi saxtakarlıqların olduğunu iddia edir.

Xatırladaq ki, Mərkəzi Seçki Qurumu seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Ekrem İmamoğlunun qalib gəldiyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm