SON DƏQİQƏ: İstanbulda seçkilərin nəticələri ləğv edildi
Bizi izləyin

Region

SON DƏQİQƏ: İstanbulda seçkilərin nəticələri ləğv edildi

Türkiyə Ali Seçki Qurumu İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi bildirib.

Qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib.

İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək.

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərində qanunsuzluqların araşdırılması məqsədilə ölkənin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən Ali Seçki Qurumuna etiraz məktubu göndərilmişdi. AKP seçkilərdə kütləvi saxtakarlıqların olduğunu iddia edib.

Xatırladaq ki, Ali Seçki Qurumu seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Ekrem İmamoğlunun qalib gəldiyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm