Azərbaycan istənilən variantları... - Böyük müharibəyə HAZIRLIQ GEDİR
Bizi izləyin

Region

Azərbaycan istənilən variantları... - Böyük müharibəyə HAZIRLIQ GEDİR

ABŞ-ın təyyarədaşıyan gəmisinin İran sahillərinə yola düşməsi Vaşinqtonun Tehrana qarşı planlarının ciddi olduğunu göstərir.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bəyanatını şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

“ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hədəflərinin İran rejiminə aydın siqnal göndərmək olduğunu bildirib. Bu o deməkdir ki, İran Hörmüz boğazını bağlasa ABŞ hərbi maşını hərəkətə kecəçək. Boltonun “Vaşinqton Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına olan istənilən hücuma cavab verəcək” sözləri də bundan xəbər verir”, - o qeyd edib.

Politoloqun sözlərinə görə, İranda Hörmüz boğazı ilə bağlı ikitirəlik yaranıb:

“Radikallar və bəzi generallar deyir ki, Amerikaya güc göstərmək üçün boğazı bağlamaq lazımdır. Prezident Həsən Ruhani isə risqə getməməyə üstünlük verir. Bölgə müharibənin bir addımlığındadır. İstənilən kiçik qığılcım böyük toqquşmanın başlanğıcı olacaq. Azərbaycan istənilən variantları gözdən keçirməlidir ki, mümkün təhlükələrdən sığortalana bilək”.

Xatırladaq ki, Con Bolton ABŞ-ın İran sahillərinə təyyarədaşıyan və bombardmançılar qrupu göndərəcəyini bildirib.

“ABŞ bir sıra artan həyəcanlı əlamətlərə və xəbərdarlıqlara cavab olaraq “Avraam Linkoln” təyyarədaşıyan zərbəçi qrupunu və bombardmançıların operativ qrupunu ABŞ-ın Mərkəzi komandanlığının regionuna göndərəcək. Bu, İran rejiminə aydın və dəqiq siqnal olacaq ki, Birləşmiş Ştatlar və ya müttəfiqlərimizin maraqlarına istənilən hücum amansız güclə qarşılanacaq”, - Boltonun bəyanatında deyilir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İranla müharibəyə cəhd etmir, amma istənilən hücuma cavab verməyə tamamilə hazırdır.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınmasına cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığını (CENTCOM) terror təşkilatı, ABŞ-ın özünü isə “terrorizmin sponsoru olan dövlət” kimi tanıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm