Növbəti seçkilərdə iştirak etməyəcək - İstanbulda KRİTİK QƏRAR
Bizi izləyin

Region

Növbəti seçkilərdə iştirak etməyəcək - İstanbulda KRİTİK QƏRAR

Türkiyə Səadət Partiyasının İstanbul bələdiyyəsinin sədri postuna namizədliyini irəli sürən Necdet Gökçınar növbəti seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, namizəd bu qərarı Mərkəzi Seçki Komissiyasın 31 mart bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ləğv etməsindən sonra açıqlayıb.

“Mən hazıram, partiyamdan çıxacaq qərarı gözləyirəm” -, Gökçınar bildirib.

Səadət Partiyası isə öz növbəsində təcili iclas keçirəcək. Toplantıda İstanbulla bağlı qərar qəbul ediləcək.

Qeyd edək ki, bələdiyyə seçkilərində İstanbul üzrə Ekrem İmamoğlu qalib gəlmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm