Türkiyə-İran sərhədində terror: 1 şəhid, 1-i yaralı
Bizi izləyin

Region

Türkiyə-İran sərhədində terror: 1 şəhid, 1-i yaralı

Türkiyə-İran sərhədində yerləşən Iğdırın Dilucu bölgəsində silahlı hücum baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 1 türk əsgəri şəhid olub, 1 əsgər isə yaralanıb.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib.

İnsidentin terakt olduğu bildirilir. Təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, hücum kustar üsulla hazırlanan bomba vasitəsilə gerçəkləşdirilib.

Bölgədəki terrorçulara qarşı hərbi əməliyyatlar davam etdirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm