Vaşinqton nöqtəni qoydu: Türkiyəyə F-35-lər... - FOTO
Bizi izləyin

Region

Vaşinqton nöqtəni qoydu: Türkiyəyə F-35-lər... - FOTO

“F-35 və bənzər döyüş təyyarələrinə zərər vermək məqsədilə istehsal olunan S-400 zenit raket kompleksinə sahib bir ölkəyə bu təyyarələri təhvil verməyi düşünmürük”.

Publika.az xəbər verir ki, bunu ABŞ Hərbi-Hava Qüvvələrinin baş katibi Hezer Uilson deyib.

Baş katib Türkiyənin Rusiyadan aldığı S-400 havadan müdafiə sisteminə rəğmən, türk pilotların hələ də “Luke” aviabazasında F-35 qırıcılarının təlimlərini davam etdirdiklərini bildirib.

Uilson bildirib ki, Türkiyənin S-400 sistemlərini almaqdan imtina etməsini ümid edirlər və amerikalı diplomatlar bunun üzərində işləyir.

Bu arada, ABŞ Konqresi Nümayəndələr Palatasının bir qrup üzvü Türkiyənin S-400 və F0-35 arasında seçim etməsini tələb edib. Respublikaçılar Partiyasının nümayəndəsi Kevin Makkarti “Türkiyəyə verilən mesaj açıqdır. Türkiyə irəlilədikcə və S-400-lərə sahib olanda F-35-ləri əldə edə bilməyəcəyinə dair geniş, ortaq mövqeyimiz var”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Ankaranın Rusiyadan S-400 sistemi tədarük edəcəyi təqdirdə F-35 proqramı üçün Türkiyənin yerinə başqa müttəfiq axtaracaqlarını açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm