Nazir ABŞ-İran müharibəsi ehtimalından danışdı: "Vaşinqtonun əsas məqsədi..."
Bizi izləyin

Region

Nazir ABŞ-İran müharibəsi ehtimalından danışdı: "Vaşinqtonun əsas məqsədi..."

“Dini lider Ayətullah Əli Xameneinin də dediyi kimi, ABŞ-la İran arasında müharibə olmayacaq. Çünki nə biz müharibə etmək istəyirik, nə də başqalarının İrana müharibə elan etməsini”.

Publika.az xəbər verir ki, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir bildirib ki, ABŞ-la müharibəyə ehtimal belə vermirlər: “Lakin Trampın ətrafında oturanlar sadəcə İranın qarşısında ABŞ-ı güclü göstərmək üçün ölkəni müharibəyə sürükləyirlər. ABŞ-ın daxilindəki İran xalqına qarşı təhdidlər gün üzünə çıxmalıdır. Vaşinqtonun prioriteti İsraildir”.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif ötən həftə Asiya səfəri çərçivəsində Türkmənistan, Hindistan, Çin və Yaponiyaya səfər etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm