Ermənistan QARIŞDI: məhkəmə binaları xalq tərəfindən tutuldu - - VİDEO
Bizi izləyin

Region

Ermənistan QARIŞDI: məhkəmə binaları xalq tərəfindən tutuldu - - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı minlərlə ermənini ayağa qaldırıb.

Publika.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən etirazçılar Ali Məhkəmə Şurası, Konstitusiya Məhkəməsi, paytaxtın Nor-Nork və Avan rayonlarındakı məhkəmələr və digər inzibati binaların qarşısına toplaşıblar.

Onlar “Ədalətli məhkəmə adına!” şüarı ilə çıxışlar edir və məhkəmə əməkdaşlarının binalara daxil olmasını əngəlləyirlər. Bundan başqa, bəzi məhkəmə binalarının pəncərələri sındırılıb.

Ermənistan mediasının məlumatına görə, etirazçılar hakim David Balayanın İrəvanın Şenqavit rayonunun məhkəmə binasına girişinə icazə verməyiblər.

Balayan binaya girməyə cəhd etsə də, qarşıdurma baş verib, nəticədə hakim yıxılıb.

Nikol Paşinyanın isə günorta saatlarında məhkəmə sistemi ilə bağlı geniş çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb. O, ədliyyə sahəsində də inqilab edəcəklərini deyib.

Xatırladaq ki, 18 mayda Ermənistan sabiq prezidenti Robert Koçaryan azadlığa buraxılıb. Nikol Paşinyan Koçaryanın azadlığa buraxılmasından sonra inqilabın “ikinci mərhələsinin” başladığını elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm