SON DƏQİQƏ: Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var - ANBAAN VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Region

SON DƏQİQƏ: Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var - ANBAAN VİDEO (YENİLƏNDİ)

Qara dənizin Köstəncə sahillərində Türkiyəyə aid balıqçı gəmisinin Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulmasının görüntüləri yayılıb.

Publika.az həmin görüntüləri təqdim edir.

***

14:30

Qara dənizin Köstəncə sahillərində Türkiyəyə aid balıqçı gəmisi hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, qayıq Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub. Hadisə nəticəsində qayıqdakı 8 balıqçıdan 3-ü yaralanıb.

Yaralılar digər minik vasitəsinə keçirildikdən sonra gəmi batıb.

Rumıniya Sahil Mühafizə Xidməti İnteqrasiya olunmuş müşahidə sistemi vasitəsilə (SCOMAR) Rumıniyaya aid sularda balıqçıların qeyri-qanuni fəaliyyətini müşahidə edib. Hadisə Köstəncə Məhkəməsi tərəfindən araşdırılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm