Türkiyədən ABŞ-a SƏRT TƏHDİD: sanksiya tətbiq olunsa...
Bizi izləyin

Region

Türkiyədən ABŞ-a SƏRT TƏHDİD: sanksiya tətbiq olunsa...

Rəsmi Ankaranın Rusiyadan aldığı S-400 zenit raket kompleksinə görə ABŞ tərəfindən sanksiyalara məruz qalmasına cavab olaraq Pentaqonun Türkiyədəki İncirlik və Kürəcik hərbi bazalarını bağlamaq alternativi gündəmdədir.

Publika.az xəbər verir ki, türkiyəli jurnalistlər bununla bağlı müdafiə naziri Hulusi Akara sual ünvanlayıb.

Nazir isə suala cavab olaraq “bəzi şeyləri qabaqcadan demək işin sirrini pozur. Nəticələr ortaya çıxanda tədbirlərimizi görəcəyik” deyib.

Qeyd edək ki, Türkiyənin Adana şəhərinin İncirlik bölgəsində yerləşən sözügedən hərbi hava bazası NATO-nun 6 taktiki nüvə silahına ev sahibliyi edən bazalardan biridir. Bazanın inşası 1951-ci ildən start götürüb. 1954-cü ildə Türkiyə Silahlı Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin ortaq xidmətinə verilib.

Kürəcik Radar Bazası isə Malatyanın Akçadağ ilçəsi yaxınlığında yerləşir. Bazanın təməli ABŞ tərəfindən qoyulub. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, 2010-cü il noyabr ayında NATO-nun Lissabonda təşkil olunan zirvəsində istehsalına qərar verilən hava hücumundan müdafiə sistemlərinin bir parçası olan xəbərdarlıq radarı Kürəcik Radar bazasından yerləşdirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm