Zərif dünyanı ABŞ-a qarşı birləşməyə çağırdı
Bizi izləyin

Region

Zərif dünyanı ABŞ-a qarşı birləşməyə çağırdı

İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif dünya ölkələrini ABŞ-ın sanksiyalarına mane olmağa çağırıb.

Publika.az xəbər verir ki, nazirin sözlərini İRNA agentliyi sitat gətirib.

“Görünür, ABŞ öz sanksiyaları ilə dünya nizamını hədəf götürüb. Əgər buna mane olmasaq, beynəlxalq cəmiyyət çətin vəziyyətdə olacaq”, - o deyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranda alüminium, dəmir və mis hasilatı və istehsalına qarşı sanksiyalar tətbiq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm