Azərbaycan ordusunun qatıldığı təlimdən NATO mesajı: "Əfqanıstandan Adriatik dənizinə qədər..."
Bizi izləyin

Region

Azərbaycan ordusunun qatıldığı təlimdən NATO mesajı: "Əfqanıstandan Adriatik dənizinə qədər..."

“Türkiyənin NATO ilə münasibətlərinə dair kiminsə mənfi fikir səsləndirməyə haqqı yoxdur. Biz qərargah işlərindən təlimlərə, meydanda mübarizəyə, Əfqanıstandan Adriatik dənizinə qədər bütün vəzifələrimizi icra etmişik və edirik də”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Azərbaycan, İngiltərə, Qətər, Şimali Kipr, Pakistan və Rumıniya ordularının keçirdiyi "Anadolu Ankası" birgə təlimlərinin bağlanış mərasimində çıxış edən nazir Türkiyə Silahlı Qüvvələrinin ünvanına səsləndirilən iddiaların əsassız olduğunu qeyd edib:

“Ordumuz ağlın və elmin işığında, konsitutsiya çərçivəsində, “ölərsəm şəhid, qalarsam qazi” anlayışı ilə ölkəmizin və millətimizim bütövlüyünü, suverenliyini qorumaq üçün gecə-gündüz, yay-qış demədən ayıq-sayıqdır. Ölkəmizin və millətimizin bizə olan etibarını doğrulda bilmək üçün əlimizdən gələni edirik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm