İranda ŞOK HADİSƏ: onlarla qadınla kişini bir yerdə yaxaladılar və...
Bizi izləyin

Region

İranda ŞOK HADİSƏ: onlarla qadınla kişini bir yerdə yaxaladılar və...

İranda yoqa ilə məşğul olan qrup polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, 30 nəfərlik qrupun saxlanılmasına səbəb qadınlarla kişilərin eyni yerdə yoqa ilə məşğul olmasıdır. Çünki ölkə qanunlarına görə qadınla kişinin birlikdə idman etməsi qadağandır. Gürqan şəhərində baş verən bu hadisə xüsusən sosial şəbəkədə narazılığa səbəb olub.

Ədliyyə Nazirliyi rəsmisi Məsud Süleymani bildirib ki, yoqa dərsi verən şəxsin bu sahədə təhsili yoxdur: “Yoqa dərslərinə qatılanlar uyğunsuz geyimlər geyinir və hərəkətlər edirlər”.

Lakin Süleymani saxlanılan şəxslərin necə paltarlar geyindiyi, hansı hərəkətlər etməsi barədə açıq məlumat verməyib.

Təhlükəsizlik əməkdaşları yoqa dərsləri üçün kirayə verilən evin bir müddətdir nəzarətdə olduğunu açıqlayıb. Qısa zamanda hadisə sosial şəbəkədə ən çox müzakirə edilən mövzuya çevrilib. İnstaqram istifadəçiləri hüquq mühafizə orqanlarının bu addımı etiraza səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm