İranı sarsıdan OLAY: prezidentin köməkçisi həyat yoldaşını öldürdü, cinayətdən bir gün öncə...
Bizi izləyin

Region

İranı sarsıdan OLAY: prezidentin köməkçisi həyat yoldaşını öldürdü, cinayətdən bir gün öncə...

İranın sabiq prezident köməkçisi və Tehranın sabiq bələdiyyə sədri Məhəmməd Əli Nəcəfi həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirib.

Publika.az xəbər verir ki, informasiyanı İranlı Tələbələr Xəbər Agentliyi (İSNA) yayıb.

Hazırda prezident Həsən Ruhaninin kabinetində yer alan Nəcəfi cinayəti özü etiraf edib. Baş prokurorluqdan verilən məlumata görə, cinayət ailə münaqişəsi zəmnində baş verib.

Qeyd edək ki, Mitra Nəcəfi paytaxt Tehranın şimalında yerləşən Səadətabad səmtindəki evində sinəsindən vurulmuş halda tapılmışdı.

"İnsafnews" xəbər saytının müxbiri Pərisa Salehi hadisənin baş verməsindən sonra sosial media hesabında “Nəcəfinin həyat yoldaşı dünən saytımıza zəng etdi və bizə müsahibə vermək istədiyini dedi. Bu gün ofisimizə gələcəkdi, amma eyni gün öldürüldü” sözlərini yazmışdı.

Xatırladaq ki, Əli Nəcəfi İranın sabiq prezidenti Əli Əkbər Həşimi Rəfsəncaninin dövründə Təhsil naziri vəzifəsində çalışıb. Bir müddət Ruhaninin köməkçisi kimi işlədikdən sonra 2017-ci ildə Tehranın bələdiyyə sədri seçilib. O, ötən il səhhətindəki problemləri əsas gətirərək vəzifəsindən istefa vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm