Ərdoğandan Trampa S-400 TƏKLİFİ
Bizi izləyin

Region

Ərdoğandan Trampa S-400 TƏKLİFİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altunun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Məlumata görə, Türkiyə prezidenti Rusiyadan alınacaq S-400 zenit-raket sistemləri ilə bağlı ortaq işçi qrupunun yaradılması təklifini təkrar irəli sürüb. Liderlər Yaponiyada keçiriləcək G20 (“Böyük yeddilik”) sammitində görüşmək barədə razılaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm