Qonşumuzdan ŞOK XƏBƏRDARLIQ: Müharibə başlayarsa... - Azərbaycan DİQQƏTLƏ İZLƏYİR
Bizi izləyin

Region

Qonşumuzdan ŞOK XƏBƏRDARLIQ: Müharibə başlayarsa... - Azərbaycan DİQQƏTLƏ İZLƏYİR

İranla müharibədən ABŞ iqtisadiyyatı ciddi zərər görəcək, çünki neftin qiyməti dərhal kəskin artacaq.

Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali dini liderinin müşaviri Yəhya Rəhim Səfəvi bildirib.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatını düşünürsə, İranla müharibəyə başlamayacaq. İran İslam İnqilabı Keşikçilər Korpusunun keçmiş komandanı, general hesab edir ki, Fars körfəzində atılacaq ilk güllə neftin bir barelinin qiyymətinin 100 dollardan yuxarı qalxmasına səbəb olacaq.

“Bu, ABŞ və Avropa ilə yanaşı, Vaşintonun Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri üçün dözülməz olacaq. Bütövlükdə, müharibənin çox ağır nəticələri olacaq”, - general vurğulayib.

Qeyd edək ki, Azərbaycan neft ixrac edən ölkə olduğundan neft bazarındakı prosesləri diqqətlə izləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm