Region
Ərdoğanın kişi xarakteri... - Putin
“Türk axını” qaz kəməri layihəsinin reallaşdırılması bir çox şeydə onun sayəsində başlandı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kişi xarakterinin ən yaxşı keyfiyyətlərini və siyasi iradəni göstərdi.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin bildirib.
“Biz Türkiyə ilə “Türk axını”nı tikməyə razılaşdıq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kişi xarakterinin ən yaxşı keyfiyyətlərini və siyasi iradəni göstərdi. Biz hər şeyi ən yaxın bir neçə aya bitirəcəyik. Artıq dəniz hissəsində hər şey başa çatıb. İndi ərazidə iş gedir, tezliklə qurtaracağıq. İndi bizim avropa partnyorlarımız başqa marşrut üzrə qazımızı alacaqlar. Əgər, əlbəttə istəsələr”, - Putin Peterburq beynəlxalq iqtisadi forumun plenar sessiyasında deyib.
Qeyd edək ki, “Türk axını” layihəsi hər biri 15,75 milyard kubmetr ötürücü gücə malik iki xəttin tikintisini nəzərdə tutur. Birinci xətlə Türkiyə, ikinci xətlə isə cənubi və cənub-şərq Avropa ölkələrinə qaz çatdırılacaq.
Qaz kəmərinin 2019-cu ilin sonuna kimi işə salınması planlaşdırılır.
Ömər Dağlı
-
Magazin206:16Günayın tətil FOTOLARI
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”


































