XİN: Bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistanın üzərindədir
Bizi izləyin

Region

XİN: Bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistanın üzərindədir

Xarici İşlər Nazirliyi iyunun 9-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı bəyanat yayıb.

Publika.az-ın məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət etdiyi bildirilir.

"Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir", - deyə bəyanatda qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm