Vitse-prezident: Türkiyə Suriya qaçqınlarına 37 milyard xərcləyib
Bizi izləyin

Region

Vitse-prezident: Türkiyə Suriya qaçqınlarına 37 milyard xərcləyib

Effektiv idarəetmə halında miqrasiya dövlətin iqtisadiyyatına müsbət təsiri göstərə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Cenevrədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 108-ci sessiyasının açılışında Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

“Miqrantlar yaşadıqları ölkələrin iqtisadiyyatına əhəmiyyətli töhfə verirlər. Amma qaçqınlar və miqrantların qarşılaşdığı stereotiplər, ksenofobiya və diskriminasiya onsuz da pis vəziyyəti yalnız pisləşdirir. Əgər effektiv idarə edilsə, miqrasiya dövlətlərin iqtisadiyyatına müsbət təsir göstərə bilər”, - o deyib.

Fuad Oktay xatırladıb ki, Suriya münaqişəsi ilə əlaqədar hazırda Türkiyədə 4 milyon qaçqın yaşayır. Vitse-prezident əlavə edib ki, Ankara artıq onlar üçün 37 milyard dollar xərcləyib, amma Suriya miqrantları və qaçqınların probleminin həlli yalnız bir ölkədən asılı olmamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm