Türkiyə dünyaya MEYDAN OXUDU: Hücumlar davam edərsə...
Bizi izləyin

Region

Türkiyə dünyaya MEYDAN OXUDU: Hücumlar davam edərsə...

“S-400-lər Türkiyəyə gələcək və yerləşdiriləcək. Kimsə Türkiyəyə ultimatum verə bilməz”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

Fransalı həmkarı ilə birgə mətbuat konfransı keçirən naziri ABŞ-la Türkiyə arasında Rusiyadan alınan S-400 zenit raket kompleksi gərginliyilə bağlı danışarkən belə deyib.

Çavuşoğlu, həmçinin bildirib ki, rəsmi Ankara Fransanın YPG terror rəşkilatı ilə əməkdaşlığından narahatdır: “Fransanın YPG ilə yaxın əməkdaşlığını doğru qəbul etmirik. Bu, Fransaya yaraşmır”.

Əsəd rejimin Suriyanın şimalındakı İdlib Gərginliyi Azaltma Bölgəsində türk ordusunun nəzarət məntəqəsinə səhra topları ilə hücumunu dəyərləndirən nazir qeyd edib ki, rejim hücumlara davam edərsə, Türkiyə lazımi tədbirləri görəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm