Region
Azərbaycan sərhədlərində müharibə bu saatlarda başlanmalı idi - SENSASİON İDDİA

ABŞ prezidenti Donald Tramp Amerika pilotsuz təyyarəsinin vurulmasına cavab olaraq İrana hərbi zərbələrin endirilməsini bəyənib, amma sonra əməliyyatı ləğv edib.
Publika.az xəbər verir ki, bu haqda administrasiyadakı mənbələrə istinadən “New York Times” nəşri yazır.
Nəşrin məlumatına görə, Vaşinqtonun hərbi və diplomatik dairələrində zərbələrin cümə günü səhgər tezdən endirilməsi planlaşdırılırdı. Məqsəd İran hərbçiləri və dinc əhali arasında qurbanların mümkün sayını minimallaşdırmaq idi.
Bildirilir ki, zərbələrin hədəfləri bir sıra İran obyektləri, həmçinin radiolakasiya sistemləri və zenith-raket kompleksləri olmalı idi.
Qəzet iddia edir ki, əməliyyatı planlaşdırmanın erkən mərhələsində ləğv ediblər. Hələlik planın ləğvinin səbəbi məlum olub: Ağ Ev sadəcə fikrini dəyişib, yoxsa logistik və ya strateji xarakterli hansısa çətinliklərlə qarşılaşıb.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilər Korpusu ölkənin cənub hissəsində İranın hava məkanını pozan Amerika pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb. ABŞ Silahlı qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) isə təyyarənin İran zenit-raket kompleksi tərəfindən Hörmüz boğazının üzərində vurulduğunu bəyan edib.
Tramp bunu “İranın çox böyük səhvi” adlandırıb, ancaq daha sonra bildirdi ki, bunun qəsdən edildiyinə inanmır.
ABŞ administrasiyadakı mənbələrə istinadən NBC telekanalının xəbərinə görə, cümə günü Ağ Evdə müşavirə keçiriləcək. Müşavirədə İranın hərəkətlərinə cavab variantları müzakirə ediləcək.
Ömər Dağlı

-
Magazin206:46
Alişan "Sevgililər günü"nü həyat yoldaşı ilə Məkkədə qeyd etdi - Foto
-
ABŞ03:35
Trampdan Çinə 600 milyard dollarlıq zərbə
-
Sosial03:18
Əsgər yaxınlarının nəzərinə!
-
Sosial02:00
Bakı bulvarının ərazisi genişləndirilir - Hansı dəyişikliklər olacaq?
-
Hadisə01:20
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
-
ABŞ01:00
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
-
Nida Xəbər 14 Fevral 23:15
Bu məntəqələrin nəticələri ləğv olundu - SİYAHI
-
Magazin114 Fevral 22:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto