Putin ordunu ayağa qaldırdı – İrəvandakı rus hərbçilər HƏRƏKƏTƏ KEÇDİ/VİDEO
Bizi izləyin

Region

Putin ordunu ayağa qaldırdı – İrəvandakı rus hərbçilər HƏRƏKƏTƏ KEÇDİ/VİDEO

Video əlavə olunub.

***

15:25

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsində (Rusiyanın 29 regionu) qəfil döyüş hazırlığının yoxlanılması başlanıb.

Publika.az
xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu yoxlamaların prezident Vladimir Putinin göstərişi ilə aparıldığını açıqlayıb.

“Bu, terror təhhlükələrinin olduğu Mərkəzi Asiyada hərbi təhlükəsizliyin təmin edilməsində Silahlı Qüvvələrin hazırlığını yoxlamaq məqsədi daşıyır”, - deyə Şoyqu bildirib.

Nazir qeyd edib ki. eyni məqsədlə Cənub və Şərq hərbi diarələrində də döyüş hazırlığının yoxnaılmasına start verilib.

Qeyd edək ki, Rusiyanın Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazası və İrəvandakı Erebuni aeroportu da Cənub Hərbi Dairəsinə daxildir. Rusiyanın Ermənistan da daxil olmaqla böyük regionda Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığının yoxlanılmasına başlaması ABŞ-İran qarşıdurması fonunda diqqət çəkir.

Mətn: Asif,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm