ABŞ-İran müharibəsini onlar istəyir - Nazir dünyanı QORXUYA SALAN SSENARİNİ açıqladı
Bizi izləyin

Region

ABŞ-İran müharibəsini onlar istəyir - Nazir dünyanı QORXUYA SALAN SSENARİNİ açıqladı

“İranla müharibə etməyi Donald Tramp deyil, onun B komandası istəyir”.

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Donald Tramp ABŞ hərbi qüvvələrinin Bəsrə körfəzində heç bir işi olmadığı məsələsində 100 faiz haqlıdır. Qüvvələrini geri çəkməsi ABŞ və dünyanın maraqlarına tamamilə uyğundur, ancaq B komandası ABŞ-ın mənfəətləri ilə maraqlanmır. Diplomatikanı alçaldırlar və savaşa susayıblar”,- Zərif tvitterində yazıb.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeydi “B komandası” adlandırır.

ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsinin memarı olan Con Boltonun Trampı İrana qarşı hərbi münaqişəyə çəkməyə çalışdığı bildirilir. Tramp isə iki gün öncəki çıxışında Bolton haqqında danışarkən “Yaxşı işlər görür, amma Yaxın Şərq məsələsində tez-tez anlaşmazlıq yaşayırıq” sözlərini demişdi.

ABŞ-İran gərginliyi

ABŞ ötən ilin may ayında İranla imzalanan nüvə razılaşmasından təktərəfli qaydada imtina etdi. Daha sonra İrana sanksiyalar tətbiq etməyə başladı. Vaşinqton İran İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına saldı. İran isə ötən həftə Hörmüz boğazında ABŞ-a aid pilotsuz uçuş aparatını məhv etdi. ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi münaqişə əmrini versə də, başlamazdan 10 dəqiqə öncə qərarından imtina etdiyini açıqladı. ABŞ hökuməti PUA-nın məhv edilməsinin ardınca İranın dini lideri Əli Xamaneini də ehtiva edən yeni sanksiyaları işə salıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm