XİN-dən generala SƏRT XƏBƏRDARLIQ: Dərhal azad edin, yoxsa...
Bizi izləyin

Region

XİN-dən generala SƏRT XƏBƏRDARLIQ: Dərhal azad edin, yoxsa...

Türkiyə vətəndaşlarının Liviyada qanunsuz olaraq saxlanılması yolverilməzdir və bu, quldurluq hadisəsidir.

Publika.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.

Bildirilir ki, Liviya hökumətinə qarşı silahlı mübarizə aparan general Xəlifə Xaftarın tabeliyindəki qanunsuz milis dəstələri tərəfindən saxlanılan altı türkiyəli dərhal azad olunmalıdır.

"Liviyada Xaftara bağlı qeyri-qanuni milis qüvvələri tərəfindən altı vətəndaşımızın saxlanılması piratlıq və quldurluq xarakterli bir addımdır. Vətəndaşlarımızın dərhal azad edilməsini gözləyirik. Əks təqdirdə, Xaftara bağlı ünsürlər qanuni hədəf halına gələcəkdir", - açıqlamada deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm