Trampdan gözlənilməz Türkiyə ETİRAFI - Ərdoğan özü açıqladı
Bizi izləyin

Region

Trampdan gözlənilməz Türkiyə ETİRAFI - Ərdoğan özü açıqladı

Türkiyəni Rusiyadan aldığı S-400 müdafiə kompleksindən imtina etmək üçün ortağı olduğu F-35 döyüş təyyarələri proqramından çıxarmaqla təhdid edən ABŞ prezidenti Donald Tramp haqsız olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Osaka 2019 sammitindən sonra jurnalistlərlə görüşündə deyib.

Prezident Trampla görüşün detallarını bölüşərkən bunları deyib:

“F-35 məsələsində müəyyən nöqtəyə gəlmişik. Bu daha çox əhəmiyyətlidir. Tramp “1 milyard 400 milyon dollar veriblər. Sən malını vermirsən. Belə xatırlanmaq da yaxşı bir şey deyil” dedi. Biz bu pulu ödədik, amma malımızı vermirlər. Nə belə tacir var, nə belə müştəri. Bunu da açıq şəkildə söyləmək bir insanın dürüstlüyünü göstərir”.

Ərdoğan, həmçinin, bildirib ki, Tramp S-400 hava hücumundan müdafiə kompleksləri ilə bağlı Vladimir Putinlə zarafat da edib. Lakin zarafatın nə olduğunu açıqlamayıb.

Qeyd edək ki, G20 2019-cu il sammiti 28-29 iyunda Yaponiyanın Osaka şəhərində baş tutub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm