Region
Ərdoğan niyə israrla S-400-ü istədi? - Almanlar ABŞ-ın hiddətinə səbəb olan SİRRİ AÇDI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 zenit raket kompleksini istifadəsinin rahatlığı və qiymətinə görə israrla almaq istəyib.
Publika.az xəbər verir ki, bunu Almaniyanın məşhur “Deutsche Welle” nəşri yazıb.
ABŞ və NATO ölkələri ilə diplomatik müharibəyə və ölkəsinin sanksiyalara məruz qalmasına gətirib çıxarmasına rəğmən, Ərdoğanın S-400-ləri israrla ölkəsinə gətirmək istəməsinin səbəbini araşdıran nəşr sonda belə qənaətə gəlib ki, S-400 həm fərqli raketlərlə təzchiz olunduğu, həm də qiyməti ABŞ-ın “Patriot”larından ikiqat ucuz olduğu üçün Ərdoğan buna üstünlük verib.
S-400-LƏR DİGƏR SİSTEMLƏRDƏN DAHA GÜCLÜDÜR
Məqaləyə görə, uzun və ortamənzilli bir raket müdafiə sistemi olan S-400 İkinci Dünya Müharibəsindən sonra SSRİ-də istehsal olunan və müasir Rusiyada modernizə edilən silah seriyasının ən yaxşı modelidir.
S-400 təyyarələr və taktiki ballistik raketlərlə yanaşı, 27 km məsafəyə qədər pilotsuz uçuş aparatlarını da məhv edə bilir.
Almaz-Antey müdafiə şirkətinin istehsal etdiyi sistem əlavə olaraq bir idarəetmə mərkəzi, mobil radar stansiyası və raketatan avadanlığına malikdir. Bu sistem Fransa və ABŞ-dakı bənzərlərindən daha qüvvətlidir.
RUSİYA RAKET İSTEHSALINDA HƏR ZAMAN ƏN YAXŞI OLUB
İngiltərənin Birminqham Universitetinin professoru Riçard Kolloni də sistemlə bağlı danışarkən bildirib ki, Qərb ən yaxşı təyyarələrini istehsal edərkən, Rusiya hər zaman raket istehsalında liderliyini qoruyub. Digər tərəfdən, Türkiyənin rus silahına üstünlük verməsinin arxasında siyasi səbəb ola bilər. ABŞ istehsalı silahlara qarşı istifadə oluna biləcəyi S-400-ü Ankara üçün cazibədar edir.
Zümrüd
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR