Dünyanın gözlədiyi hadisə gerçəkləşir: Türkiyə və Rusiya bu həftə ABŞ-a meydan oxuyacaq
Bizi izləyin

Region

Dünyanın gözlədiyi hadisə gerçəkləşir: Türkiyə və Rusiya bu həftə ABŞ-a meydan oxuyacaq

Türkiyəni havada gələn təhdidlərə qarşı qoruyacaq, dünyanın ən müasir hava hücumundan müdafiə sistemi kimi tanınan Rusiya istehsalı S-400 zenit raket kompleksi ilə bağlı son mərhələyə start verilir.

Publika.az xəbər verir ki, sistemin Türkiyəyə nəqli bu həftə başlayır.

Beləliklə, Türkiyə S-400 sisteminə sahib ilk NATO ölkəsi olacaq.

ABŞ S-400-ləri təslim alması təqdirində CAATSA sanksiyalarına məruz qoyacağı və ortağı olduğu F-35 proqramından çıxaracağı ilə təhdid etsə də, Ankara razılaşmadan geri çəkilmədi.

Türkiyənin ABŞ-ın təzyiqlərinə rəğmən, S-400 almaq prosesi:

*Suriyada vətəndaş müharibəsi davam edərkən ABŞ, Almaniya və Hollandiya “Patriot” sistemlərini Türkiyə torpaqlarından çıxardı.

*Türkiyə havadan müdafiə ehtiyacını qarşılamaq üçün ABŞ ilə “Patriot” almaq mövzusunda görüşlərə başladı.

*Barak Obama Administrasiyası dövründə ABŞ “Patriot” satmaq istəmədi.

*ABŞ “Patriot” verməyincə Türkiyə Rusiyaya üz tutdu.

* Texnologiya transferi, maliyyə və tədarük məsələsində Rusiya ilə S-400 görüşlərində razılaşma əldə edildi.

*ABŞ Türkiyəni vaz keçirmək üçün sanksiya ilə hədələdi.

*Ankara bütün təzyiqlərə rəğmən, S-400 məsələsində qətiyyətini sındırmadı.

*İlk S-400 batareyası bu həftə Türkiyəyə gedəcək.

Qeyd edək ki, ilk S-400 batareyası 15 iyul çevrilişə cəhddən sonra “Mürtəd” adlandırılan “Akıncı” hərbi bazasına aparılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm