SON DƏQİQƏ: Türkiyə S-400-ləri qəbul etdi - Rusiyadan TARİXİ JEST - (VİDEO)
Bizi izləyin

Region

SON DƏQİQƏ: Türkiyə S-400-ləri qəbul etdi - Rusiyadan TARİXİ JEST - (VİDEO)

İlk nəqldə sadəcə raket və raketfırladanın göndərilməsi planlaşdırılan S-400 zenit raket kompleksinin radar sistemi də Türkiyəyə göndərilib.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Rusiya buna Şərqi Aralıq dənizində gərginliyin artmasından sonra qərar verib.

Bildirilir ki, Yunanıstan, İsrail, Avropa İttifaqı və Cənubi Kiprin Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışlarını sərt qınaması və sanksiya tətbiq etməsinə başlamasından sonra Ankara Moskvadan radar sistemini də göndərməyi istəyib.

***

S-400 zenit raket kompleksinin digər avadanlıqlarını daşıyan ikinci və üçüncü təyyarələr də Türkiyəyə çatıb.

Publika.az xəbər verir ki, təyyarələr Mürtəd hərbi-hava bazasına eniş edib.

Rusiyanın hərbi-texniki əməkdaşlıqdan məsul FSVTS xidməti S-400 sisteminin Türkiyəyə təhvil verilməsi xəbərini təsdiq edib.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sistemlə bağlı ilk açıqlamanı verib. Nazir bildirib ki, hər hansı problem yoxdur: “Proses bundan sonra da sağlam şəkildə davam edəcək. Razılaşma bitmişdi”.

***

12:52

Türkiyə Müdafiə Sənayesi Nazirliyi S-400 zenit raket kompleksi ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, açıqlamada deyilir:

“Uzaqmənzilli bölgə hava və raket müdafiə sistemi layihəsi çərçivəsində nazirlik ilə “Rosoboronexport” arasında imzalanmış anlaşmaya əsasən, S-400 sisteminin tədarükünün ilk mərhələsi bu gün başlayıb. Sistemə aid hissələrin çatıdırılması növbəti günlərdə davam edəcək. Sistem tamamilə hazır olandan sonra aidiyyəti məqamların müəyyən edəcəyi şəkildə istifadəyə veriləcək”.

***

12:03

Rusiyadan alınan S-400 zenit raket kompleksinin Türkiyəyə tədarükü başlayıb.

Publika.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi açıqlayıb.

Açıqlamada sistemin ilk qrup parçalarının Ankarada yerləşən Mürtəd Hava Meydanına yerləşdirilməsinə bu gün başlandığı bildirilib.

S-400 zenit raket kompleksinin xüsusiyyətləri:

İstehsalçı: Almaz-Antey silah şirkəti

İstifadədə olan yerlər: Moskva, Suriya, Kalininqrad, Krım

İstifadəyə verilmə tarixi: 2007

Mənzili: 400 km

Sürəti: saniyədə 4,8 km

Paralel zamanda müşahidə: 80 hədəf

Hədəf növü: təyyarə, kəşfiyyat raketi, orta mənzilli raketlər, pilotsuz uçuş aparatı və digər havadan müşahidə sistemləri

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm