Gürcüstanda etiraz aksiyası - Nazirin istefası tələb edilir
Bizi izləyin

Region

Gürcüstanda etiraz aksiyası - Nazirin istefası tələb edilir

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında aksiya bərpa olunub.

"Report" xəbər verir ki, sayca 24-cü olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Təşkilatçılar DİN rəhbəri istefa verənə qədər dinc aksiyanı davam etdirəcəklərini bildiriblər.

Eyni tələblə parlamentin binası önündə quraşdırılmış çadırlarda 20 günə yaxın aclıq aksiyası keçirən iki gəncin səhhətində problem yaranıb. Hər iki aksiyaçı xəstəxanaya çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm