Türk mənbədən S-400-lərlə bağlı YENİ XƏBƏR: 23-25 iyul tarixlərində...
Bizi izləyin

Region

Türk mənbədən S-400-lərlə bağlı YENİ XƏBƏR: 23-25 iyul tarixlərində...

S-400 Rusiya zenit-raket komplekslərinin elementlərinin Türkiyəyə çatdırılmasının birinci mərhələsi 23-25 iyul tarixlərində başa çatacaq.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə türk hərbi mənbə bildirib.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, Ankaraya artıq S-400 elementləri ilə 14 təyyarə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zenit-raket komplekslərinin quraşdırılması 2020-ci ilin aprelində qurtaracaq.

Qeyd edək ki,Rusiya və Türkiyə arasında 2,5 milyard dollar dəyərində S-400-lərin dörd divizionunun çatdırılması üzrə müqavilə 2017-ci ildə bağlanıb. ABŞ-ın S-400-ləri alması ilə əlaqədar gələn həftə Türkiyəyə qarşı sanksiyaları qəbul edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm