Ermənistan yenə qarışdı: etirazçılar yolları bağladı - VİDEO
Bizi izləyin

Region

Ermənistan yenə qarışdı: etirazçılar yolları bağladı - VİDEO

Ötən gün gecə saatlarında Ermənistanda bir qrup etirazçı İrəvan-İcevan magistral yolunu kəsərək avtomobillərin hərəkətinə mane olub.

Publika.az xəbər verir ki, yolu bloklayan nümayişçilərlə polis arasında ciddi qarşıdurmalar baş verib.

Polis yolu nümayişçilərdən təmizləməyə çalışıb. Lakin etirazçılar müqavimət göstərib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına xəsarət yetiriblər. Polis geri çəkilməyə məcbur qalıb. 25-ə yaxın polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Nümayişçilər meşələrdə ağac kəsilməsini qadağan edən qanuna etiraz edirlər.

Ermənistanın Tavuş vilayətinin qubernatoru Hayk Çobanyan odunçuluqla məşğul olan, lakin qanunun qüvvəyə minməsindən sonra işsiz qalan vətəndaşların məşğulluq məsələsini həll etməyə söz verib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə ötən gün baş verən qeyri-qanuni nümayişdə iştirak edənlərin ən ağır cəzanı çəkəcəklərini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm