Şəhərin mərkəzində 29 mərtəbəli bina yanır - - FOTO
Bizi izləyin

Region

Şəhərin mərkəzində 29 mərtəbəli bina yanır - - FOTO

Türkiyənin İstanbul şəhərində 29 mərtəbəli bina yanır.

Publika.az xəbər verir ki, Ümraniyədə yerləşən binadan yüksələn tüstü şəhərin bir çox yerindən aydın şəkildə görünür.

Hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunub.

Tikilmə mərhələsində olan binadakı yanğının inşaat materiallarının alovlanması nəticəsində ortaya çıxdığı bildirilir.

***

Alov yanğınsöndürən briqadalar tərəfindən söndürülüb.

Türkiyə mediası hadisə zamanı insan tələfatının olmadığını xəbər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm