İran Londona meydan oxudu
Bizi izləyin

Region

İran Londona meydan oxudu

İran Hörmüz boğazında “Stena İmpero” tankerinin saxlanmasından sonra hadisələrin istənilən cür inkişafına hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinejad deyib.

Onun sözlərinə görə, hazırda Britaniya hakimiyyəti tankerlərlə bağlı iki ölkə arasında konflikti alovlandırmağa çalışan qüvvələrin qarşısını almalıdır.

“Region üçün çətin bir vaxtda bunlar çox təhlükəli və məntiqsizdir”, - səfir bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm