Çavuşoğludan SON DƏQİQƏ Su-35 açıqlaması: "7-8 milyon dollar..."
Bizi izləyin

Region

Çavuşoğludan SON DƏQİQƏ Su-35 açıqlaması: "7-8 milyon dollar..."

“Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

TGRT Xəbər televiziyasının canlı yayımında gündəmlə bağlı önəmli açıqlamalar verən nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərə əhəmiyyət verir: “S-400, F-35, Münbiç məsələsində ABŞ-dan fərqli səslər gəlir. Lakin Trampın Osakadakı çıxışından sonra bu səslər azalmağa başlayıb. Amerikalılar S-400 ilə F-35-in bir arada ola bilməyəcəyini deyir. İşçi qrupu yaratmağı da təklif etmişik. Amma hələ bir cavab yoxdur. Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir. Hava hücumundan müdafiə sistemləri isə bizim üçün çox əhəmiyyətlidir. Bu razılaşma bitdi. Trampın Türkiyəyə sanksiya tətbiq etməmək üçün cəhd göstərdiyini bilirik. S-400-lər gələn ilin əvvəlində aktiv olacaq. S-400-lər Patriotlardan daha irəli bir texnologiyadır”.

Sanksiyalar

“Hazırda sanksiya tətbiq olunması ilə bağlı konkret məlumat yoxdur. Trampın sanksiyanı təxirə salmaq, hətta tətbiq etməmək səlahiyyəti var. ABŞ-ın Türkiyəyə sanksiyası isə qəbuledilməzdir”.

F-35 layihəsi

“Layihədən kənarlaşdırımaq məsələsində addım atılmayıb. Bütün müttəfiqlər Türkiyənin layihədən çıxarılmasına qarşıdır. Türkiyə çıxarılsa, F-35-in qiyməti 7-8 milyon dollar artacaq. Lakin türk pilotlara bəzi məhdudiyyətlər qoyulub”.

Rusiyanın Su-35 təklifinə cavab

“F-35 layihəsinin ortağı kimi 1,4 milyard dollar pul vermişik. Deyək ki, ən pis ssenari gerçəkləşdi. O zaman müdafiə sistemində necə alternativ axtarışlarına çıxdıqsa, eləcə də burada başqa qaynaqlar axtaracağıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm