• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

Türkiyə bu silahından əvvəllər heç istifadə etmədi - Ankara AĞIR ZƏRBƏYƏ HAZIRLAŞIR

  • Region
  • 23 İyul 2019 08:45
  • 4 138 Baxış
Türkiyə bu silahından əvvəllər heç istifadə etmədi - Ankara AĞIR ZƏRBƏYƏ HAZIRLAŞIR

ABŞ-ın Türkiyəyə qarşı düşmən mövqe sərgiləməsi vəziyyətində qarşı addımlar atılacağını ifadə edən ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu “İncirlik bazası mövzusunda lazım olsa addım atarıq” deyib.

Publika.az xəbər verir ki, Çavuşoğlunun İncirlik mesajını qiymətləndirən təhlükəsizlik və terror siyasəti mütəxəssisi Coşkun Başbuğun sözlərinə görə, ABŞ S-400-lə birlikdə F-35 mövzusunu bir böhrana çevirərsə, itirən tək ölkə olacaq.

Ekspert Türkiyənin daha əvvəl İncirlik silahını heç istifadə etmədiyini deyib:

“Bazanın bağlanmasının Türkiyəyə hər hansı bir təsiri olmaz, ABŞ çox zərər görər. İncirlik bazası NATO çərçivəsində açıldı, ancaq indi ABŞ-ın maraqları çərçivəsində fəaliyyət göstərən bir yer halına gəlib. Bazanın adının 15 iyuldan (hərbi çevrilişə cəhd –red.) sonra Akınçı ilə birgə çəkilməsi burada gün üzünə çıxmamış bir çox fəaliyyətin olduğunu göstərir. Əgər baza bağlanarsa, bölgədəki tarazlıqlar ABŞ üçün dəyişər. Türkiyənin bu tarazlıqdan heç bir itkisi olmaz. İncirlik bazasının keçmişinə baxsaq, Türkiyəyə heç bir faydası olmayıb. Əksinə, ABŞ-ın maraqlarına xidmət edən bir bazadır. Son günlərdə amerikalılar “İncirlik üçün fərqli bir coğrafiyada fərqli bir baza yaradarıq” desələr də, bazanın bağlanması ilə bölgədəki hakimiyyətlərini itirəcəklərini bilirlər”.

Coşkun Başbuğ Ankaranın İncirlik mövsuzunda blef etmədiyini və bu mövzuda qərarlı olduğunu söyləyib. O, F-35 qırıcılarının verilməməsinin dünyanın sonu olmayacağını, Türkiyənin əlində başqa variantların olduğunu vurğulayıb. ABŞ ilə yaşanan F-35 böhranının yerli və milli təyyarə istehsalını sürətlənəcəyinə diqqət çəkən Başbuğ yeni nəsil qırıcılarının alınmasına gəlincə, Rusiya və Çin variantlarının olduğunu deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR