SON DƏQİQƏ: Yaponiya qırıcıları da hücuma keçdi, Rusiya və Çin təyyarələri... - Dünya ŞOKDA
Bizi izləyin

Region

SON DƏQİQƏ: Yaponiya qırıcıları da hücuma keçdi, Rusiya və Çin təyyarələri... - Dünya ŞOKDA

Yaponiya döyüş təyyarələrini Rusiya və Çin təyyarələrinə müdaxilə etmək üçün havaya qaldırıb.

Publika.az
xəbər verir ki, bu barədə Yaponiya Silahlı Qüvvələrinin açıqlamasında deyilir.

Məlumatda bildirilir ki, “döyüş təyyarələri Rusiya və Çinə aid təyyarələrin qarşısını almaq üçün hərəkətə keçib”.

Bu gün səhər saatlarında Cənubi Koreya da Rusiya və Çin təyyarələrinin hava sərhədini pozduğunu, buna görə də onlara xəbərdarlıq atəşi açdıqlarını bildirib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Cənubi Koreyanın hava sərhədinin pozulduğu iddiaları doğru deyil. Nazirlik qeyd edib ki, 2 Tu-95 tipli döyüş təyyarəsi Yapon dənizi üzərində neytral zonada planlı şəkildə uçurmuş.

“Təyyarələr beynəlxalq qaydalara uyğun olaraq Cənubi Koreyanın hava sərhədini pozmadan uçublar. Cənubi Koreyaya aid F-16 döyüş təyyarələri isə həyata keçirdikləri manevrləri ilə Rusiya təyyarələrini təhlükəyə atıb. Təyyarələrimizə xəbərdarlıq atəşi açılmadı”, - Rusiya Müdafiə Nazirliyi bəyan edib.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm