• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

Onlar İranla müharibə istəyirlər, amma... - Lavrov

  • Region
  • 23 İyul 2019 21:31
  • 1 515 Baxış
Onlar İranla müharibə istəyirlər, amma... - Lavrov

ABŞ-da bir sıra siyasətçilər əvvəlki kimi İran problemini hərbi yolla həll etmək istəyirlər, amma Moskvada ona əsaslanırlar ki, ABŞ prezidenti Donald Tramp belə baxışları bölüşmür.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Latın Amerikası KİV-i və RT telekanalına bildirib.

Onun sözlərinə görə, region artıq dəfələrlə Vaşinqtonun şübhəli siyasətindən əziyyət çəkib.

“Nümunə kimi İraq və Liviyanı götürün. Koalisiya adlandırılan qrupu bunu daha sonra Suriyada təkrarlamaq istəyirdi. Xoşbəxtlikdən, türk və iranlı həmkarlarımızla buna imkan vermədik. İndi hamımız daha aktiv siyasi nizama salınma yolu ilə irəliləyirik”, - Rusiya naziri əlavə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR