İran ABŞ-a yaşıl işıq yandırdı: "Təslim olaraq..."
Bizi izləyin

Region

İran ABŞ-a yaşıl işıq yandırdı: "Təslim olaraq..."

“Hökumət ABŞ ilə müzakirə fürsətini qaçırmayıb və qaçırmayacaq. Ölkəni idarə etmə məsuliyyətim olduğu müddətcə problemləri həll etmək üçün hüquqi və şərəfli müzakirə üçün hazırıq”.

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

IRNA rəsmi xəbər agentliyinin məlumatına görə, Ruhani Nazirlər Kabinetinin toplantısındakı çıxışında ABŞ ilə müzakirə üçün yaşıl işıq yandırıb.

Prezident bildirib ki, müzakirə adına masaya təslim olmuş formada oturmayacaqlar. Başçısı olduğu hökumət bu günə qədər hər zaman problemləri həll etmək üçün təşəbbüslər göstərib.

Qeyd edək ki, BMT-nin 4 daimi üzvü və Almaniya İranla 2015-ci ildə Hərtərəfli Birgə Fəaliyyət Planı imzalamış, 2018-ci ildə ABŞ təktərəfli şəkildə razılaşmadan çıxaraq İrana sankisya tətbiq etməyə başlamışdı.

İranın dini lideri Ayətullah Əli Xamanei ötən ay Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdə İranın heş bir şəkildə ABŞ-a güvənmədiyini dilə gətirmiş və “ABŞ ilə nüvə razılaşması çərçivəsində yaşadığımız ağır təcrübə səbəbilə heç zaman müzakirənin təkrarı olmayacaq” ifadələrini işlətmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm