Ankara ABŞ-a alternativ tapdı - Sanksiyalara gözlənilməz cavab veriləcək
Bizi izləyin

Region

Ankara ABŞ-a alternativ tapdı - Sanksiyalara gözlənilməz cavab veriləcək

Rusiyadan S-400 zenit raket kompleksi aldığına görə ABŞ tərəfindən F-35 təyyarələrinin verilməməsi ilə təhdid olunan Ankara alternativlər tapıb.

Publika.az xəbər verir ki, F-35-lərin təhvil verilməməsi ehtimalına qarşı, ilk növbədə, Türkiyə Silahlı Qüvvələrinin arsenalındakı F-4 və F-16 təyyarələrinin istifadə müddətinin uzadılmasına start veriləcək.

İkinci addım olaraq TFX milli döyüş təyyarəsi layihəsi sürətləndiriləcək. F-35 proqramında işləyən 10 türk firması gücünü bu layihəyə istiqamətləndirəcək. TFX-in planlaşdırılandan daha tez istifadəyə verilməsi üçün bütün qaynaqlar səfərbər olunacaq.

Bu addımlarla yanaşı, yeni nəsil döyüş təyyarələrinə sahib Rusiya kimi ölkələrlə bu mövzuda əlaqə qurulacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm