Keçmiş deputatın biznesmen qardaşı həbs edildi
Bizi izləyin

Region

Keçmiş deputatın biznesmen qardaşı həbs edildi

Ermənistan parlamentinin keçmiş deputatı və iş adamı Melik Manukyanın qardaşı Robert Manukyan barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın Kotayk vilayəti ümumi məhkəməsinin hakimi Ovanes Avaqyan avqustun 8-də bu barədə qərar qəbul edib.

Bildirilib ki, iş adamı Robert Manukyan hakimiyyət nümayəndəsinə güc tətbiq etməkdə, məhkəmə qərarının icrasına və təhqiqata mane olmaqda ittiham edilir.

Məlumata görə, o, polis bölməsinə gətirilən zaman 6 polis əməkdaşına təkbaşına xəsarət yetirib.

Xatırladaq ki, Robert Manukyan avqustun 3-də Yerevan-Sevan şosesində partlayışın hədəfinə çevrilən Melik Manukyana məxsus “Range Rover” markalı avtomobili oğurlamaqda şübhəli bilinərək tutulub.

Vəkilləri isə Robert Manukyanın polsi bölməsində döyüldüyünü bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm