İstanbul selə təslim oldu
Bizi izləyin

Region

İstanbul selə təslim oldu

İstanbulda bu gün səhər saatlarından etibarən yağan leysan bir sıra problemlər yaradıb.

Axar.az xəbər verir ki, yağan güclü yağış səbəbindən şəhərin bir çox istiqamətlərində yolları və piyada alt keçidlərini su basıb. Bu səbəbdən Eminönü və Aksaray bölgələrində tramvayların hərəkəti dayandırılıb. Şəhərin Bahçelievler rayonunda yol çöküb.

Gəmi səfərləri təxirə salınıb.

Hidrometeoroloqların proqnozlarına görə, yağışın avqustun 18-i səhər saatlarınadək davam edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm