Region
Ərdoğan Rusiya və amerikalı həmkarları ilə telefonda danışacaq
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bu günlərdə Rusiya və amerikalı həmkarları - Vladimir Putin və Donald Trampla telefon söhbəti edəcək.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentin mətbuat katibi İbrahim Kalın bildirib.
O qeyd edib ki, Türkiyə İdliblə bağlı reaksiyanı Rusiya tərəfinə çatdırıb və Ərdoğan bu mövzunu Putinlə müzakirə edəcək. İbrahim Kalın sentyabrın 16-da Ankarada Türkiyə, Rusiya, və İranın iştirakı ilə üçtərəfli sammitin keçiriləcəyini bildirib.
Mətbuat katibi Suriyanının şimalında qurulacaq təhlükəsizlik bölgəsi ilə bağlı ABŞ-la aparılan danışıqlara da toxunub.
“Qarşıdakı günlərdə konkret addımları görəcəyik. Fəratın şərqində yaxın zamanda türk və Amerika əsgərləri ortaq patrul xidmətinə başlayacaq. Boltonla (ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton – red.) sabah danışacağam. Sonra prezidentimiz cənab Trampla telefonda danışacaq”, - Kalın əlavə edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!